Tural Hemid (@HemidTural) header
Tural Hemid (@HemidTural) profile picture

Lecturer |Marxist historian | Soviet and post-Soviet history | Ethnography| Views are my own

Baku
Joined March 2020
Ənənəvi olaraq yenə Azərbaycan tarixini ləkələməyə çalışırlar. Əslində Uzun Həsənin oğlu Otluqbelidə həyatını itirib, Toqatı öz oğluna görə cəzalandırıb yandırması mümkün deyildi.
“Benim bir evladıma karşı, Tokat’ın her hanesinden bir evlat eksilecek!”
12
4
28
3,156
Sevan Nişanyanın Türkiyə-Livan müqayisəsini Cənubi Qafqaz üzərinə proyeksiya etdikdə, maraqlı mənzərə ortaya çıxır. 19-cu əsrin sonunda indiki Gürcüstan, Azərbaycan və Ermənistanın paytaxtlarında titul xalq azlıqda idi. Azərbaycanlılar Bakı əhalisinin 1/3-ni təşkil edirdi, İrəvanda isə əksinə, azərbaycanlılar ermənilərdən çox idi, Tiflisdə də əhalinin əksəriyyətini ermənilər təşkil edirdi. Əslində o dövrdə Cənubi Qafqaz bir növ Livana bənzəyirdi. Bu mənzərə onu göstərirdi ki, əgər imperiya dağılsa, bu üç şəhərin üzərində milli dövlət qurmaq üçün hər bir xalq əvvəlcə öz paytaxtını və ətrafını "özününküləşdirməli" idi. 1918-1920-ci illərdəki müharibələrdən sonra aşağıdakı vəziyyət alındı. 1926-cı il Sovet siyahıyaalınmasında ​Ermənistan SSR-in 84,5%-i erməni idi. Anadoludan gələn erməni qaçqınları və İrəvan quberniyasındakı etnik təmizliklər hesabına ermənilər bu məsələni 1920-ci illərdə həll etdi. Daxildə heç bir muxtariyyət olmadığı üçün Ermənistanın "təkrəngli" dövlətə çevrilməsi ən rahat proses oldu. Gürcüstanda isə həmin dövrdə əhalinin 66,8%-i gürcü idi. Gürcülər ölkə üzrə sayca çox olsalar da, strateji baxımdan ən ağır mirası aldılar. Ölkə daxilində üç muxtariyyət (Abxaziya, Acarıstan, Cənubi Osetiya) yaradıldı, üstəlik cənub bölgələrində kompakt azərbaycanlı və erməni əhalisi qaldı. Paytaxt Tiflis gürcüləşsə də, ölkənin periferiyaları mərkəzdən uzaq qaldı. ​Azərbaycanda isə həmin dövrdə əhalinin 62,1%-ilə azərbaycanlı/türk idi. Start xəttində ən aşağı faiz Azərbaycanda idi, Bakıda isə azərbaycanlılar hələ də cəmi 26 faiz təşkil edirdi. Müasir dövrdən baxdıqda belə bir sual yaranır. Niyə Azərbaycan və Ermənistanda alındı, Gürcüstanda isə yox? ​Burada əsas məsələ rəqəmlərdə deyil, assimilyasiya və inteqrasiya mexanizmlərinin işləmə prinsipindədir. Azərbaycandakı qeyri-türk əhalinin böyük hissəsi (talışlar, ləzgilər, tatlar, kürdlər, avarlar) eyni din olan islama mənsub idi. Dini sədd olmadığı üçün sovet dövrünün sənayeləşməsi və urbanizasiyası ilə bu qrupları konfliktsiz və "yumşaq assimilyasiya" yolu ilə vahid "azərbaycanlı" kimliyinin içində əritdi. Bakı böyüdükcə həm rus-erməni üstünlüyünü demoqrafik olaraq əritdi, həm də bütün ölkəni vahid mərkəzə bağladı. Ermənistan birbaşa demoqrafik təmizləmə və sıxışdırma yoluna getdi. 1948–1953-cü illər deportasiyası və 1988-ci il hadisələri ilə yerdə qalan sonuncu azlıq olan azərbaycanlılar da ölkədən çıxarıldı və Ermənistan 98%-lik mütləq monoetnik dövlətə çevrildi. ​Gürcüstanda isə Azərbaycan variantı mümkün olmadı. Gürcü mədəniyyəti və dili kənar qrupları öz içində əritmək üçün çox qapalı idi. Müsəlman və animist abxazları, qriqorian erməniləri, şiə azərbaycanlıları bir pravoslav kimlikdə birləşdirmək çox çətin idi. Üstəlik, muxtar respublikalar olması səbəbi ilə gürcülər etnik olaraq öz dilində danışan acarları belə müsəlman olduğu üçün vahid bir kimliyə qatmaqda çətinlik çəkdi. 1980-ci illərin sonunda gürcülər bunu etməyə qərar verəndə Livan ssenarisi işə düşdü. İndi də ərazi problemi yaşayan tək dövlət Gürcüstan qalıb. Gürcüstanın Azərbaycan və Ermənistandan fərqli mərkəzi hakimiyyət strukturları da, hərbisi də çox zəifdir. Ancaq bir məsələ var ki, Gürcüstan homogenləşə bilməsə də, bütün xalqları özündə birləşdirərək etnik rəngarənglik yaradıb. Xüsusilə Tiflisin mərkəzində bu ab-havanı sezə bilirik. İndi burda da sual ortaya çıxır. Rəngarəng və insani dəyərlərin qorunduğu, ancaq zəif olan dövlət yaxşıdır, yoxsa mərkəzi hakimiyyətin güclü olduğu, etnik rəngarəngliyin isə olmadığı homogen cəmiyyət? Sual açıq olaraq qalır.
Türkiye Azınlıkları Sildi, Lübnan 72 Milleti Bir Arada Tuttu: Hangisi Haklı Çıktı? 🟢 Bir ülke azınlıklarını silip tek renkli olursa mı güçlenir, yoksa her kimliği yaşatırsa mı? Lübnan ve Türkiye bu soruda tam zıt yolları seçti. 🟢 "Türkiye çok kültürlülüğü silip yerle bir ederek tek renkli, beton bir ülke yaratmayı istikrarın şartı olarak gördü." 🟢 Lübnan'da Maronîler, Ortodoks Rumlar, Sünniler, Şiiler, Nusayriler ve Ermeniler yan yana yaşıyor. Her biri ayrı bir halk. 🟢 "Lübnan Türkiye'nin parçası kalsaydı Sünnileri bugün öz be öz Türk olacaktı. Atalarımız Orta Asya'dan geldi hikâyesini anlatacaklardı." Pazar Sohbeti 301 - 15 Kasım 2026 👆 Tüm kesitler profilimizdeki linkte
2
4
1
38
5,058
Türkiyənin BMT Baş katibi vəzifəsinə namizəd kimi təklif etdiyi Feridun Sinirlioğlu sonuncu oldu. BMT Təhlükəsizlik Şurasının 8 üzvü onun əleyhinə səs verdi. Azərbaycan-Türkiyə gərginliyi fonunda türk ekspertlər Azərbaycanın BƏƏ namizədini alqışlamasını siyasi dəstək kimi görmüşdülər. O vaxt da qeyd etmişdim ki, türklərin beynəlxalq aləmdə nüfuzu zəif olduğu üçün heç bir şansları yoxdur. Elə də oldu.
Türklərdə beynəlxalq münasibətlərə futbol tərəfdarı kimi yanaşma olmaya da. BƏƏ-dən namizəd olan Lana Nuseybənin təbii ki, Feridun Sinirlioğlundan şansı daha çoxdur. BƏƏ dünyada nadir ölkələrdən biridir ki, bütün super güclərlə münasibəti əladır. Üstəlik BMT-nin tarixində heç vaxt qadın katib olmayıb, Avropa dövlətləri də gender məsələsinə görə qadın namizədə üstünlük verəcəklərini deyiblər. Qutyerreş də bu fikri dəstəkləyir. Buna görə də Lana Nuseybənin şansı daha çoxdur. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması bəs edir ki, Rusiya və Çin Sinirlioğlunu veto etsin. Kişi və yaşlı olması da onun imkanlarını praktiki sıfıra endirir. Elə buna görə də Azərbaycanın BƏƏ namizədini dəstəkləməsi daha məqsədəuyğundur. Yenə də düşünürəm ki, Lana Nuseybə finalda Kosta-Rikadan Rebeka Qrinspana uduzacaq.
1
2
22
2,554
Oktyabr inqilabının il dönümü (7 noyabr) münasibəti ilə "Bakü'də Ekim" adlı məqalə yazmışam. Bakının əsas xüsusiyyəti odur ki, bolşeviklər Petroqrad və Moskvada hakimiyyəti silah gücü ilə devirsələr də Bakıda seçki ilə iqtidara gəlmişdilər. yonelimgazetesi.com/bakude-e…
1
6
16
2,443
Mustafa Kamal Paşa Azərbaycan SSR-in Ankaradakı səfirliyini ziyarət edərkən - 1922-ci il Fotoda Azərbaycan SSR-in Türkiyədəki səfiri İbrahim Əbilov, azərbaycanlı diplomatlar Nadir İbrahimov, İsmayıl İsmayılov və digər rəsmi şəxslər var. Əslində Azərbaycan XİN bu foto üzərindən təbrik məktubu yayımlamalıdır, bunu niyə etmədiklərini isə hamımız bilirik. Həm Mustafa Kamal Paşanın Azərbaycan Xalq Cümhuriyyətini hərbi yolla devirməsi, həm də indiki Azərbaycanın sekulyar Azərbaycan SSR-in varisi olduğunu qəbul etmək indiki konyunkturada qəbul edilmir. Tarixi isə kimsə dəyişdirə bilməz. Türkiyə və Azərbaycanın qardaşlığı sol ideologiya üzərində qurulub, bunun baniləri də Atatürk və Nərimanovdu. Xatirəsinə hörmətlə.
4
3
1
46
4,196
Özgür Özəl hicab məsələsi ilə bağlı heç bir fikir bildirməmişdi, ağıllı da davranmışdı. Kılıçdaroğlu, Erbakan kimi məsləhətlər versəydi, indi Prezident onlarla heç bir kontakta girməzdi. Digər tərəfdən, birbaşa öz hesabından belə bir açıqlama onu göstərir ki, Azərbaycan hökuməti əvvəlki kimi sadəcə AKP üzərindən Türkiyə siyasətini aparmayacaq, partiyalarla da əməkdaşlıq edəcək. Zafer və MHP kimi. Bu da sonra Ərdoğan hökumətinin Azərbaycana qarşı ikinci bu cür kampaniya təşkil etməsinə imkan verməyəcək. Nə qədər dünən hər ikisi gülüb qucaqlaşsa da etimad qırılıb.
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng etmişdir. Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir. Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur.
2
45
6,331
Azərbaycan öz Dövlət Bayrağı Gününü Osmanlının 1-ci Dünya müharibəsindəki məğlubiyyəti hesabına qəbul edib. Yoxsa indi də Gəncədə Nuru Paşanın uydurduğu işğal bayrağını rəsmi bayraq kimi istifadə edəcəkdik. Əslində bu gün eyni zamanda Böyük Britaniya - Azərbaycan dostluğunun da başladığı gündür. Osmanlıdan fərqli olaraq ingilislər Azərbaycana dövlətçilik institutu qurmasına mane olmadılar, əksinə, bir çox cəhətdən kömək etdilər. Solda Mudros müqaviləsini imzalayan Ser Artur Qaltorp, sağda Bakının general-qubernatoru Vilyam Tomson.
🇦🇿 9 Noyabr – Dövlət Bayrağı Günü #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı #Azerbaijan
3
1
2
22
3,490
Problemi özləri yaradırlar, yuxarıdan verilən əmrlə öz trolları vasitəsilə Azərbaycan hökumət nümayəndələrini təhqir edirlər, sonra Azərbaycanı hansısa dövlətlə yaxınlaşaraq Türkiyəyə qarşı düşmənçilik etdiyini iddia edirlər, görəndə ki, Azərbaycan boyun əyməyəcək, özləri gəlib Azərbaycanla barışırlar, axırda da deyirlər ki, bizim aramıza girənlər əməllərinə nail olmadı.
Bakü’nün sevinci Ankara’nın sevincidir, Şuşa’nın gururu bütün milletimizin gururudur. 15 Haziran 2021 günü Şuşa’da imzaladığımız beyannameyle, müttefiklik bağıyla tahkim ettiğimiz kardeşliğimizi zayıflatmak isteyenler dün olduğu gibi bugün de yarın da emellerine asla ulaşamayacaktır. Cenab-ı Hakk’ın izniyle beraberliğimiz her zaman kaim olacaktır. 🇹🇷 🇦🇿
3
5
1
32
3,451
İsrailin həm səfirliyi, həm də səfirliyə bağlı İsrael in Azerbaijan hesabı Azərbaycan xalqını təbrik edərkən Şuşanın fonu və Zəfər gününə uyğun şəkil seçib paylaşıb. 2 səhifədə də nə İsrail bayrağı var, nə də şəkildən bir başqa anlam çıxaracaq vasitə. Bir onların təbrikinə baxırsan, bir də buna. Ərdoğanın imzası, Türkiyə bayrağı. Bilinmir ki, 2 ölkə arasında diplomatik münasibətlərin il dönümü qeyd olunur yoxsa sırf Azərbaycana aid xüsusi bayram. Burda da belə yenə zəfəri sahiblənirlər. Səhərisi yenə gedib başqa yerdə "Karabağ'a girdiğimiz gibi" deyəcək. Azərbaycana da buna görə gəldi, qələbədəki payını itirmək istəmir. İlk dəfə həqiqətən öz qələbəmizi özümüz qeyd edə bilərdik, ona da imkan vermədi. – at Azerbaijan
Karabağ’ın 30 yıllık işgalden kurtulmasının 6’ncı yıl dönümünü, dost ve kardeş Azerbaycan’ın Zafer Günü’nü en kalbî duygularımla tebrik ediyorum. 🇹🇷🇦🇿 Bu büyük zaferi kanı ve canıyla var eden, vatan uğruna toprağa düşen tüm şehitlerimizi rahmetle yâd ediyorum.
24
1
5
47
9,546
Təşəkkür edirik. Biz də arzu edərdik ki, bu tviti İraq türkmənlərinin ana dili olan Azərbaycan dilində yazardınız, İstanbul türkcəsində yox. Ümid edirik ki, nə vaxtsa Türkiyənin mədəni ekspansiyasından qurtulub özünüz olan bizə dönərsiniz.
Gelecek nesiller bu günleri gururla yâd edecektir. Yurdunu işgalden kurtaran, toprak bütünlüğünü yeniden tesis eden Azerbaycan’ın bu büyük zaferini Irak Türkmenleri olarak da gurur ve coşkuyla selamlıyoruz. 8 Kasım Azerbaycan Zafer Günü kutlu olsun.
24
6
3
62
10,577
Azərbaycan hökuməti dəvət etməyib, özü gəlmək istəyib. Gəlib Azərbaycan hökumətinin hansı tələblərini yerinə yetirəcək, orası maraqlıdır. – at Azerbaijan
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’in davetine icabetle, 8 Kasım 2026 tarihinde Karabağ’ı ziyaret edeceklerdir. Azerbaycan’ın Zafer Günü vesilesiyle gerçekleştirilecek ziyaret kapsamında Sayın Cumhurbaşkanımız ve Cumhurbaşkanı Sayın Aliyev ikili görüşme yapacak; Türkiye-Azerbaycan iş birliğinin çeşitli veçhelerini bu çerçevede değerlendirecek; ayrıca bölgesel ve küresel gelişmeleri de istişare edeceklerdir.
67
2
3
49
34,185
Nə qədər də cəmiyyətdə insanların geyiminə görə onların əxlaqının uyğun olmadığını düşünsək də, etiraf etmək lazımdır ki, hicablı və hicabsız qadın arasında fərq hər zaman olub. Əslində hicab bir növ özünüqoruma instinktidir ki, insanlar onları daha düzgün yaşayan biri kimi qəbul edib ona hörmət etsinlər. Türkiyədə illərdir ki, insanların beyninə bu yeridilmişdi. Ərdoğan da hicabı siyasi atribut kimi istifadə edərək iqtidara gəlmişdi. İndi hicablı qadının nazir olduğu dönəmdə və sonra dövlət əmlakını talaması maddəsi ilə həbs olunması bu düşüncəni ciddi formada zədələdi. Onun başında hicab olmasaydı bu, adi bir məmur özbaşınalığı, korrupsiyası kimi qiymətləndiriləcəkdi. Ancaq belə olmadı. Əslində dindar insanlar məhz buna görə siyasətə dinin girməsini istəməməlidirlər. Türkiyənin qonşuluğunda olan İran və İraq uzun illər bu prosesin içində oldu. Nəcəf məktəbi din xadimlərinin yanaşmasını buna görə çox bəyənirəm. Sistani və tərəfdarları deyirdi ki, əgər dini xadim dövlət idarəetməsində birbaşa iştirak etsə o zaman siyasi formada verdiyi qərarlar eyni zamanda dinin mahiyyəti kimi başa düşülər bilər, bu zaman insanlar hakimiyyəti elə dinin özü kimi görə bilər. Bir sözlə, Nəcəf məktəbi nümayəndələri dinin siyasətə girməklə ləkələnəcəyini düşünürdülər. Əslində haqlı da çıxdılar. Qum məktəbi isə başqa yolla getdi və Xomeyninin formalaşdırdığı vilayəti-fəqih nəzəriyyəsi İrandakı bütün siyasi qətlləri elə dinin mahiyyəti kimi görülməsinə gətirib çıxartdı. Buna görə də İranda hakimiyyətə qarşı çıxan şəxslərin böyük əksəriyyəti elə ateistlərdir. Dini qorumaq üçün gələnlər əslində dinə ən böyük zərbəni də vurdular. Türkiyədə də bu hiss olunur. Hətta İmam hatip məktəblərində də dindən uzaqlaşanların sayı getdikcə artıb. İndi artıq heç kim Ərdoğanı ilk hakimiyyətə gəldiyi vaxt dediyi " Tek servetim parmağımdakı yüzük" sözünə inanmır. Bu tipli oğurluqların nə qədər olduğunu isə biz hələ post-Ərdoğan dönəmində görəcəyik. Kayıp trilyon davası kimi.
Fatma Betül Sayan Kaya’nın tutuklama talebiyle mahkemeye sevk edildiğini öğrenince gözyaşlarına hakim olamadı. Polis eşliğinde sulh ceza hakimliğine götürülürken gözyaşlarını sildiği görüldü.
3
21
3,342
Azərbaycandan Türkiyəyə gedəndə özümlə Teodor Drayzerin kitabını aparmışdım. Kitab Sovet dövründə nəşr olunduğu üçün kiril qrafikasında idi. Hər dəfə Konya tramvayına minəndə yanımdakılardan kiminləsə belə bir dialoqum olurdu. - Rusça mı okuyorsunuz? - Hayır, Türkçe - Allah, Allah. Öyle Türkçe mi olur? - Alfabe Kiril alfabesi olabilir ama dil Türkçe. Bir Rus buna baksa hiç bir şey anlayamaz. Görürdüm dediyimi anlamırlar, axır keçirdim onların variantına ki, Osmanlı dövründə sizdə də ərəb hərfləri ilə türkcə yazırdılar. Yenə də çoxu anlamırdı. Elə düşünürdülər ki, dünyada sadəcə 2 əlifba var, biri ərəb, digəri latın. Digər əlifbaların heç birində dil öyrənilə bilməz. İndi də bu cahil türk də onlardandı, qanmadığı üçün qazax dilində yazılan sözləri rusca başa düşür.
Kaynak dil: Rusça
10
2
4
164
11,444
Bizim dərslikdə olmamalı ifadənin biri də budur. Ümumiyyətlə, müstəqillikdən bəri Azərbaycan dövlətinin ən böyük səhvi Əli bəy Hüseynzadənin fikirlərini özününküləşdirməsi olub. Əli bəy Hüseynzadənin Turan ideologiyası heç vaxt Azərbaycanın muxtariyyətinə, onun siyasi müstəqilliyinə yönəlik deyildi. Onun "türkləşmək, islamlaşmaq, avropalaşmaq" ifadəsi ümumi Osmanlının panislamist və pantürkist siyasətini birləşdirmək üçün işlənmişdi. Füyuzat düşüncəsi əslində bütün türk xalqlarının Osmanlı içində əritməsini hədəfləyirdi. Ona görə də o dövrdə füyuzatçılar ortaq türk dünyasının dilini Osmanlı türkcəsi olmasını istəyirdilər. Buna görə o dövrdə milli Azərbaycan intellektualları Molla Nəsrəddin ətrafında birləşmişdi. (Bu qarşılıqlı mübarizə Tadeuş Svetoxovskinin kitabında çox yaxşı yazılıb). Füyuzatçıların düşüncəsi hal-hazırda Türkiyədəki siyasi islamçıların düşüncəsindən fərqlənmir. Sonrakı dövrdə Azərbaycan müstəqil olanda da Əli bəy Hüseynzadə bunu tanımadı. Nuri Paşa Azərbaycan Milli Şurasını ləğv edəndə Əhməd bəy Ağaoğlu ilə birlikdə o da Gəncədə idi. Azərbaycanın o dövrdəki feyk bayrağı da Osmanlı ilə eyniləşdirmək proyekti idi. Sadəcə, Osmanlı məğlub oldu deyə bu proyekt reallaşmadı və Mudrosdan sonra çıxıb getdilər. Türklər gedəndən sonra Azərbaycan öz bayrağını qəbul edə bildi.
“Türkleşmek, İslamlaşmak ve çağdaşlaşmak” fikri, Azerbaycan milli düşünce tarihinde önemli bir yere sahip. İslamlaşmak ise dini kimliği milli kimliğin önüne geçirmeden, onunla uyum içinde yaşatmaktır. Budur mefkuremiz🇦🇿
4
3
1
30
3,446
Türkiyədəki siyasi islamçılar 1-2 gündür ki, artıq Orta Asiya türkləri ilə tutaşmağa başlayıblar. Bizim Orta Asiya türkləri ilə ortaq tarixdən əlavə Sovet keçmişimiz də birləşdirir. Ona görə də dövlət idarəetməsinin dünyəvi xarakterində bir-birimizə daha çox bağlıyıq. Əslində TDT-nin özü də məhz bu formada olan türk xalqlarını və o mədəniyyəti daşıyan dövlətləri birləşdirməlidir. Tokayevin təklif etdiyi Rusiya və Orta Asiyanın xarakterik xüsusiyyətini daşıyan Tacikistan istisna deyil. Rusiyada milyonlarla türk soyundan olan xalqlar yaşayır. Həm də indiki türk dövlətlərinin qurulmasında Rusiyanın birbaşa rolu var. Digər tərəfdən, hamı bilir ki, Səmərqənd və Buxara tacik şəhəri olub. Özbəkistanı ümumiyyətlə bu 2 şəhərsiz təsəvvür etmək mümkün deyil. Axırıncı dəfə Prezident İlham Əliyev Buxaraya səfər edəndə özbək həmkarı Mirziyoyevlə birlikdə tacik hökmdarı İsmayıl Samaninin türbəsini ziyarət etmişdi. Taciklər eyni zamanda Qəznəvi, Səlcuqlu, Xarəmzşahlar və Teymurilərdə də əsas rol oynayıblar. Ədəbiyyatdan dövlət idarəetməsinə qədər türklərlə iç-içə olublar. Yəni, TDT-nin əsas mexanizmi dildən çox bu mədəniyyəti daşıyan xalqlar üzərindən olsa yaxşıdır. İndiki halda Türkiyə türkcə danışsa da, mədəni baxımdan daha çox ərəblərə yaxındırlar. Təəssüf ki.
Turkish brothers! Please don’t call us the “Turkistan region.” We are Central Asia, which also includes Tajikistan 🇹🇯. We have strong historical and cultural ties with our Tajik brothers, and we respect their identity, independence, and sovereignty. We don’t impose Pan-Turkism on them, nor do we expect them to identify with it. Our Turkic identity and our Central Asian identity coexist. We can celebrate our shared Turkic heritage while respecting the diversity of our entire region. Also, Turkistan is a city in our country!
25
1
1
69
7,734
Türklərdə beynəlxalq münasibətlərə futbol tərəfdarı kimi yanaşma olmaya da. BƏƏ-dən namizəd olan Lana Nuseybənin təbii ki, Feridun Sinirlioğlundan şansı daha çoxdur. BƏƏ dünyada nadir ölkələrdən biridir ki, bütün super güclərlə münasibəti əladır. Üstəlik BMT-nin tarixində heç vaxt qadın katib olmayıb, Avropa dövlətləri də gender məsələsinə görə qadın namizədə üstünlük verəcəklərini deyiblər. Qutyerreş də bu fikri dəstəkləyir. Buna görə də Lana Nuseybənin şansı daha çoxdur. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması bəs edir ki, Rusiya və Çin Sinirlioğlunu veto etsin. Kişi və yaşlı olması da onun imkanlarını praktiki sıfıra endirir. Elə buna görə də Azərbaycanın BƏƏ namizədini dəstəkləməsi daha məqsədəuyğundur. Yenə də düşünürəm ki, Lana Nuseybə finalda Kosta-Rikadan Rebeka Qrinspana uduzacaq.
BAE adayının şansı az. Azerbaycan açıklaması ise son dönem tavrının devamı. BM avukatlar grubu da bağlı ya da bağımsız insan hakları örgütleri de BAE adayına karşı bildiriler yayınladı. Bugün yoklama var. Azerbaycan’ın desteği P5 nazarında değersiz. Ama bu bir tavır.
1
2
1
27
5,491
Cənubi Karolina universitetində PhD edən bilməlidir ki, əgər Türkiyə BTC-ni dayandırsa ən böyük zərəri özünə dəyəcək, beynəlxalq investorlar tərəfindən arzuolunmaz dövlət elan olunacaq. Üstəlik, BTC-də təkcə Azərbaycan nefti yoxdur, 18 faiz Türkmənistan və Qazaxıstan nefti var. Bununla avtomatik 3 türk dövləti ilə münasibətini pozmuş olacaq. Azərbaycanın yeganə çıxışına gəldikdə isə Azərbaycan BTC-dən əvvəl də neft satıb. Azərbaycan neftinin 24 faizi ümumiyyətlə BTC-dən kənar xətlərlə satılır (Bakı-Novorossiysk, Bakı-Batumi və Bakı-Kulevi). Azərbaycan bundan başqa müvəqqəti olaraq dayandırılan Bakı-Supsadan da istifadə edə bilər.
Erdoğan'ın tüm alttan alma çabalarına rağmen Aliyev'in olayı sürekli kanırtmaya çalışmasinı hayretle izliyorum. Aliyev'in gelirinin %80'i, Bakü-Ceyhan hattından geliyor. Olmaz ya!, boru hattına yıldırım düşer, eşek teper, kedi girer ve hat devre dışı kalırsa, Azeri ekonomisi 1 ay içinde felç olur. BAE'nin petrol ticareti aksayınca düştüğü durum ibretlik. Dünyaya tek çıkışı Türkiye olan Aliyev, umulur ibret alır.
10
5
67
7,193
Gözlənildiyi kimi, Prezident Əliyev Ankaradakı TDT zirvəsinə qatılmayacaq. Xəbər elanından sonra Türkiyə ictimaiyyətində ikinci dalğa hücum başladı, Ceyhun Bayramova da qarşı ağır ifadələr işlətdilər. Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Siyasi islamçıların bu fikirləri şəxsi ifadələri deyil, dövlətin yuxarısında birbaşa idarə olunan şəbəkə ilə bu kampaniya davam etdirilir. Əgər məsələ təkcə baş örtüyü və Azərbaycanın İsraillə münasibəti olsaydı, məntiqlə siyasi islamçılar Qazaxıstana da eyni kampaniyanı davam etməli idilər (Link aşağıda) dw.com/en/kazakhstan-announc… Qazaxıstan İsraillə münasibətlərini elə həddə qaldırıb ki, 2025-ci ildə Abraham sazişini də imzalamışdı. Beləliklə, keçmiş Sovet İttifaqı ölkələrindən İsraillə pakt imzalayan ilk dövlət olmuşdu. (Link aşağıda) atlanticcouncil.org/blogs/me… Buna baxmayaraq, Ankaraya gələn Tokayevə qarşı heç bir siyasi islamçıdan sionist itihamını görmədim. Buna görə də məsələnin təkcə baş örtüyü olmadığı aşkardır. Azərbaycan da əvvəl də bu siyasəti aparırdı və siyasi islamçıların heç birindən səs çıxmırdı. İndi sistemli şəkildə hücum edirlər və Azərbaycan rəhbərliyi də bunu görür. Bunun arxasında kimin olduğu da aşkardır. Gənclər arasında özü haqqında toxunulmaz persona yaratmış, gələcəyin prezidenti kimi görülən Hakan Fidan. Bu gərginlik bir müddət davam edəcək kimi görünür. Əgər Türkiyə hökuməti mövqeyini dəyişməsə bu fikir ayrılığı sonda yol ayrılığına gətirib çıxara bilər. Türkiyənin burda itirəcəyi daha çox olacaq.
5
3
40
4,718
İsrail bəlkə də dünyada yeganə dövlətdir ki, müxaliflərin Azərbaycana mövqeyi az qala iqtidardakı blokdan daha yaxındır. Azərbaycan İsraildə səfirliyi açma qərarını 2022-ci ildə Yair Lapid iqtidarı zamanı vermişdi. Azərbaycan Spike Nlos raketlərini Netanyahunun digər əsas rəqibi Qadi Ayzenkot Baş Qərargah rəisi olduğu dövrdə almışdı. O vaxt müdafiə naziri olan Aviqdor Liberman Azərbaycana ən yaxın İsrail siyasətçisi idi. Bu foto 2018-ci ildə Azərbaycan Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Ayzenkotun görüşü zamanı çəkilib. Azərbaycan-İsrail hərbi əlaqələrinin ən dərinləşdiyi dövrlər idi. Elə həmin ildə Liberman böyük heyətlə Azərbaycana gəldi. İndi müxalifətdə olan Liberman İsrail siyasətində ciddi rol oynayır
I suspect that Netanyahu's defeat would change Azerbaijan's calculation of political risk. Aliyev has cultivated several powerful relationships simultaneously: Netanyahu, Trump, Israeli defense institutions and Erdogan. If Netanyahu leaves office, one part of that network becomes weaker. Baku would have an incentive to compensate by repairing other relationships particularly with Erdogan and AKP.
2
2
2
56
10,266
Prezident İlham Əliyevin bugünkü çıxışı zamanı Türkiyəyə göndərdiyi üstüörtülü mesajlar onu göstərir ki, oktyabrın 30-da baş tutmalı olan Ankaradakı TDT zirvəsinə qatılması ehtimalı xeyli aşağıdır. Prezident çox güman ki, cümə axşamına kimi Türkiyədən tələbləri ilə bağlı əlavə bir reaksiya gözləyib konkret qərarını verəcək. Azərbaycan prezident səviyyəsində orda təmsil olunmasa, digər türk ölkələri rəhbərlərinin də ora gəlmək ehtimalı aşağı düşə bilər. Azərbaycan kimi digər türk dövlətləri də siyasi İslamı özləri üçün təhlükə kimi görürlər. Onlarda da məktəblərdə baş örtüyü qadağan olunub və başa düşürlər ki, Azərbaycandan sonra Ərdoğan onlara da bu məsələdə təzyiq göstərə bilər. Bu səbəbdən hər biri Azərbaycanın yanında Ərdoğana qarşı birləşəcək. Vəziyyət kifayət qədər qarışıqdır. Çox güman ki, İlham Əliyev bu məsələdə kimin əli varsa, onun axırına qədər çıxmaq istəyir. Məncə, bu şəxs Hakan Fidandır. Ola bilsin ki, o, Azərbaycana təzyiq göstərilməsinin tərəfdarı olub və bu məsələni Ərdoğana inandırıb. Qafqazinfo-da yayılan məlumatda onun adının verilməsinin informasiya müharibəsi olduğunu zənn etmirəm. Azərbaycanda konkret sübut olmasa onun adını orda çəkilməzdi. Oktay Saral məsələsi məsələnin sadəcə görünən tərəfidir, əsas hədəf isə Hakan Fidandır. Ərdoğan bu böhrandan çıxmaq üçün Hakan Fidanı qurban verməyə məcbur qala bilər. Bu hadisələrdə Ərdoğan onsuz da kifayət qədər nüfuz itirib. Əgər İlham Əliyev bu zirvəyə də gəlməsə, bu, Ərdoğan üçün çox ciddi siyasi zərbə ola bilər və sonda seçkilərdə məğlubiyyətinə də gətirib çıxara bilər. Əslində, Prezident Əliyevin Ərdoğana qarşı təzyiqi artırmaq üçün kifayət qədər imkanları var. Amma yəqin ki, hələlik gözləyəcək, hadisələri izləyərək addım atacaq.
118
15
7
115
41,345