media.gov.az (@MediaGovAz) header
media.gov.az (@MediaGovAz) profile picture

Azərbaycan Respublikası Media və Yayım Şurası

Baku, Azerbaijan
Joined October 2020
Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)Photo by media.gov.az (@MediaGovAz)
📣 Media və Yayım Şurası çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir! 🗓 Müraciət üçün son tarix: 30 noyabr 2026-cı il, 18:00 Ətraflı➡️ media.gov.az/media-ve-yayim-… Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz ➡️ media.gov.az/uploads/2026/11… #MediavəYayımŞurası #müsabiqə #çapmediası
1
68
📣 Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir! 🗓 Müraciət üçün son tarix: 30 noyabr 2026-cı il, 18:00 Ətraflı➡️ media.gov.az/media-ve-yayim-… Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz ➡️ media.gov.az/uploads/2026/11… #MediavəYayımŞurası #müsabiqə #onlaynmedia
2
75
media.gov.az retweeted
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. #Azərbaycan
699
903
1,761
57,694
22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günüdür. #MediavəYayımŞurası #ədliyyəişçiləri
1
106
The next #training programme was held within the framework of #DigitalMediaMonth on the initiative of the Media and Broadcasting Council of the Republic of Azerbaijan. 🔗media.gov.az/media-ve-yayim-…
1
4
152
📣 Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edir! 🗓️ Müsabiqəyə müraciət qəbulu 27 noyabr 2026-cı il 18:00 tarixinədək davam edəcəkdir. 🔗media.gov.az/media-ve-yayim-… #MediavəYayımŞurası #müsabiqə #fərdijurnalist
2
3
510
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib. Şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli yeni qaydalarla bağlı APA-nın suallarını cavablandırıb. 🔗apa.az/media/natiq-memmedli-…
3
6
393
📢 Müsabiqələrin keçirilməsi qaydalarında yeniliklər var! Dəyişikliklər həm fərdi jurnalist müsabiqəsini, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələri əhatə edir. Yenilənmiş qaydalarla tanış olun! Ətraflı➡️ e-qanun.az/framework/62904 #MediavəYayımŞurası #müsabiqə
1
5
451
20 Noyabr - Ümumdünya Uşaqlar Günüdür. #MediavəYayımŞurası #ÜmumdünyaUşaqlarGünü
1
4
190
20 Noyabr - Ağdam Şəhəri Günüdür. #MediavəYayımŞurası #Ağdam
2
4
195
💡 Rəqəmsal dünyada uğurlu məzmun yaratmaq üçün böyük resurslara deyil, maraqlı ideyaya, yaradıcı yanaşmaya və ilk addımı atmaq təşəbbüsünə ehtiyac var. Mobil cihazlar və müasir texnoloji vasitələr hər kəsə öz ideyalarını geniş auditoriyaya çatdırmaq, yeni formatları sınamaq və faydalı məzmun istehsalçısına çevrilmək fürsəti yaradır. “Rəqəmsal Media Ayı” gənclərin bu fürsətlərdən yararlanmasını, yaradıcılıqlarını inkişaf etdirməsini və rəqəmsal mühitdə daha fəal iştirakını təşviq edir. #RəqəmsalMediaAyı #RəqəmsalMedia #MediaSavadlılığı
1
5
251
As part of the #DigitalMediaMonth, launched by the Media and Broadcasting Council, a networking #meeting was held with blogger and social initiatives advocate Aysel Agayeva. 🔗media.gov.az/reqemsal-media-…
2
5
325
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir. Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır. Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, qanunvericilik normalarını əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil etməyə və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırır. #MediavəYayımŞurası #açıqlama
5
12
637
17 Noyabr - Milli Dirçəliş Günüdür.🇦🇿 #MediavəYayımŞurası #MilliDirçəlişGünü
3
8
377
Rəqəmsal texnologiyaların inkişafı gənclərə öz ideyalarını həyata keçirmək, yaradıcı potensiallarını üzə çıxarmaq və fərqli məzmun yaratmaq üçün geniş imkanlar açır. Süni intellekt alətlərindən istifadə, ssenari yazmaq, video çəkmək və montaj bacarıqlarına yiyələnmək ideyaların maraqlı və faydalı rəqəmsal məzmuna çevrilməsində mühüm rol oynayır. #RəqəmsalMediaAyı #RəqəmsalMedia #MediaSavadlılığı
1
2
7
478
media.gov.az retweeted
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə müraciət edib. president.az/az/articles/vie…
211
5
980
48,455
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir. Sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir. Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşmışdır. Məsələ ilə bağlı müvafiq platformaya rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaqdır. Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır. #MediavəYayımŞurası #açıqlama
7
11
644
Uşaq hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq sənəd olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylığın əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai məlumatlılığın artırılması, aidiyyəti qurumların bu istiqamətdə fəaliyyətinin təşviq edilməsi və cəmiyyətin diqqətinin uşaqların hüquq və mənafelərinin qorunmasına yönəldilməsidir. Uşaq hüquqlarının müdafiəsinin mühüm istiqamətlərindən biri də onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsidir. Bu mühitdə uşaqların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və sağlam inkişafı üçün əlverişli şəraitin yaradılması məsuliyyətli yanaşma tələb edir. #MediavəYayımŞurası #UşaqHüquqlarıAylığı #RəqəmsalMediaAyı
1
5
475
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. Bu cür təqdimat auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər. Eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması isə yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır. Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, vizual materialların xəbərin məzmununa uyğunluğunu təmin etməyə və auditoriyanı yanıltmağa səbəb ola biləcək təqdimatlara yol verməməyə çağırır. #MediavəYayımŞurası #açıqlama
2
8
643