Photo Stock (@PhotoStockaz) header
Photo Stock (@PhotoStockaz) profile picture

“PhotoStock” layihəsi özündə bir çox fotoqrafları birləşdirən Azərbaycanın ən böyük fotobanklarından biridir. https://nitter.gq/t.co/9cF264LTN8

Azerbaijan
Joined May 2021
Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)
✨Yaşıl sükutun içindən uzanan ağ cığır və tək bir yolçu. 📸 Foto 05.05.2010-cu ildə çəkilib. #kəndhəyatı #photostockaz #uşaq #kənd #azərbaycan
18
🇦🇿 Göylərə boylanan şəhər. 📸 Foto 16.11.2026-cı ildə çəkilib. #bakışəhəri #photostockaz #mənzərə #bakı #azərbaycan
48
⌚️ Saatsaz Hacı Fətəliyev 📍 Saat ustası Hacı Fətəliyev 1955-ci ildə Bakı şəhərində anadan olub. 🕰 O, saatsazlıq sənətinə 1971-ci ildə, 16 yaşı tamam olduqdan sonra başlayıb. 🔧 Sumqayıt Şəhər Məişət Xidməti İdarəsində yəhudi ustanın yanında şagird kimi fəaliyyətə başlayan Hacı Fətəliyev cəmi altı ay ərzində bu sənətin incəliklərini öyrənib. 📚 Həmin müddətdə dövlət tərəfindən ona şagirdlik təqaüdü də ödənilib. 🛠 1972-ci ildən etibarən Sumqayıt şəhərində müstəqil saat ustası kimi işləməyə başlayıb. ✨ Aradan keçən onilliklərə baxmayaraq, Hacı Fətəliyev bu gün də sevdiyi sənətini davam etdirir, saatlara yenidən həyat verir. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AFFFB25… #saatsaz #photostockaz #hacıfətəliyev #sumqayıt #sənətkarlıq
19
❣️ Dağ kəndinin səssizliyində iki əkiz hekayə. 📸 Foto 04.05.2010-cu ildə çəkilib. #uşaq #photostockaz #kəndhəyatı #tovuz #azərbaycan
33
🕯 Kamera və Orqan Musiqisi Zalında şam işığında balet axşamı 🏛 2 500 şamın əhatəsində, XX əsrin əvvəllərində neoqotika üslubunda inşa edilmiş, yüzillik tarixə malik möhtəşəm Kamera və Orqan Musiqisi Zalının ecazkar atmosferində “Şam işığında balet axşamı” konserti keçirilb. 🎻 Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunan konsert dünya kinosunun və müasir klassik musiqinin görkəmli bəstəkarları Hans Zimmer, Ludovico Einaudi, Ennio Morricone və digər məşhur bəstəkarların əsərlərinə həsr edilib. ✨ Şamların yaratdığı sehrli atmosferdə səslənən musiqilər dinləyicilərə unudulmaz sənət axşamı yaşadıb. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AFFDC9B… #konsert #photostockaz #balet #klassikmusiqi #azərbaycan
27
📍 Saatlıda 8324 metr dərinliyində "cəhənnəm quyusu" nə üçün qazılıb? #cəhənnəmquyusu #photostockaz #kürarazovalığı #saatlı #azərbaycan
1
1
65
📸 Tarixin çəkli rubrikası: 🕰 "Amerika qotikası" - 1942-ci il. 👤 Fotoqraf: Gordon Parks 📆 Amerikalı fotoqraf Gordon Parksın 1942-ci ildə çəkdiyi “American Gothic, Washington, D.C.” adlı fotoşəkildə ABŞ federal hökumətinin idarələrində təmizlikçi işləyən afroamerikalı qadın Ella Watson təsvir olunub. O, əlində süpürgə tutaraq kameranın qarşısında dayanıb. Arxa fonda ABŞ bayrağı, digər tərəfində isə təmizlik aləti olan mop görünür. ℹ️ Foto ABŞ cəmiyyətində hökm sürən irqi ayrı-seçkiliyi, sosial bərabərsizliyi və afroamerikalıların ağır əmək şəraitini əks etdirir. Gordon Parks bu kadr vasitəsilə Amerika demokratiyasının təbliğ etdiyi azadlıq və bərabərlik idealları ilə ölkədəki real həyat arasındakı ziddiyyəti nümayiş etdirib. Əsər sonralar XX əsrin ən əhəmiyyətli sənədli fotoşəkillərindən biri kimi tanınıb. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
16
📌 Xəzər dənizi okeana açılsaydı, Azərbaycan necə olardı? #1hadisənintəsiri #photostockaz #animasiya #xəzərdənizi #azərbaycan
17
🇦🇿 20 Noyabr – Ağdam Şəhəri Günü 🏛 Bir zamanlar xarabalığa çevrilən, küçələrində həyatın səsi susan Ağdam bu gün yenidən dirçəlişin, qayıdışın və Zəfərin rəmzinə çevrilir. 📅 27 il işğal altında qalan Ağdam 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata əsasən Azərbaycana qaytarılıb. 🕊 Bu tarix xalqımızın yaddaşına tarixi ədalətin bərpası və doğma yurda qayıdışın başlanğıcı kimi həkk olundu. 🏗 Bir vaxtlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam indi yenidən qurulur. 🌱 Dağıdılmış küçələrdə həyat canlanır, yeni binalar ucalır, doğma torpağından didərgin düşmüş insanlar illər sonra öz evlərinə qayıdırlar. ❤️ Ağdam təkcə bir şəhər deyil, həm də yaddaşın, dözümün və yenidən doğuluşun simvoludur, itirilənlərin ağrısı və yenidən qazanılanların sevincidir. 🥀 Bu gün Ağdam uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, doğma yurdda yeni həyat quran hər kəsə xoşbəxt günlər arzulayırıq. ✨ 20 Noyabr – Ağdamın azadlıq və dirçəliş günü mübarək! #ağdam #photostockaz #20noyabr #ağdamşəhərigünü #azərbaycan
1
39
☁️ Buludlu bir gündə Bakı mənzərəsi: Köhnə və yeni memarlığın vəhdəti. 📸 Foto 16.11.2026-cı ildə çəkilib. #bakışəhəri #photostockaz #mənzərə #bakı #azərbaycan
2
2
51
🥀 Mikayıl Müşfiqin ölüm hökmü 20 dəqiqə içində necə verildi? #mikayılmüşfiq #photostockaz #repressiya #bakı #azərbaycan
22
📸 Tarixin şəkli rubrikası: 🕰 Trolley—New Orleans - 1955 👤 Fotoqraf: Robert Frank 📆 Amerikalı fotoqraf Robert Frankın 1955-ci ildə ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində çəkdiyi “Trolley—New Orleans” adlı foto XX əsrin ən məşhur sənədli fotoşəkillərindən biridir. Kadrlarda tramvayın pəncərələrindən görünən sərnişinlər təsvir olunub. Fotoda ağdərili sərnişinlərin ön sıralarda, qaradərili sərnişinlərin isə arxa hissədə əyləşməsi həmin dövrdə ABŞ cəmiyyətində hökm sürən irqi ayrı-seçkiliyi və sosial bərabərsizliyi açıq şəkildə nümayiş etdirir. ℹ️ Foto Robert Frankın 1958-ci ildə Fransada, 1959-cu ildə isə ABŞ-da nəşr olunan “The Americans” adlı məşhur fotoalbomuna daxil edilib. Əsər həm də albomun üz qabığında yer alıb. Frank bu kadr vasitəsilə gündəlik həyatın adi bir mənzərəsində cəmiyyətin dərin sosial ziddiyyətlərini və insanları bir-birindən ayıran görünməz sərhədləri əks etdirib. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
22
📍 Azərbaycan dünyanın ən güclü ölkələri ilə qonşu olsaydı nə olardı? #1hadisənintəsiri #photostockaz #qonşuölkələr #animasiya #azərbaycan
1
1
84
❄️ Zirvənin ətəyində zamanın sükutunu pozan kiçik siluetlər və böyük səyahətlər 📸 Foto 05.03.2026-cı ildə çəkilib. #qar #photostockaz #şahdağ #böyükqafqaz #azərbaycan
1
5
71
⚔️ Rusiyaya qarşı Şeyx Şamillə çiyin-çiyinə döyüşən son Azərbaycan hökümdarı kimdir? #daniyalsultan #photostockaz #şeyxşamil #ilisusultanlığı #azərbaycan
1
1
36
📸 Tarixin şəkli rubrikası: 🕰 "Cənnət bağçasına gedən yol" - 1946-cı il 👤 Fotoqraf: Uilyam Yucin Smit 📆 Uilyam Yucin Smitin (W. Eugene Smith) 1946-cı ildə çəkdiyi "Cənnət bağçasına gedən yol" (The Walk to Paradise Garden) adlı bu məşhur fotoqrafiya sənət tarixinin ən təsirli və simvolik əsərlərindən biridir. İkinci Dünya müharibəsindən dərhal sonra, 1946-cı ildə ABŞ-ın Nyu-York ştatındakı Kroton-on-Hadson qəsəbəsi yaxınlığındakı meşəlik ərazidə lentə alınmışdır. ℹ️ Kadrdakı uşaqlar fotoqrafın öz övladları Patrik və Xuandır. Müharibənin gətirdiyi dağıntılardan və qaranlıq dövrdən sonra insan ruhunun yenidən doğulmasını, ümidi, günahsızlığı və işığa doğru inamlı addımı əks etdirən bu əsər humanist fotoqrafiyanın şah əsəri hesab olunur. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
1
24
📞 Bir zəng 150 ildə dünyanı necə dəyişdi? #1hadisənintəsiri #photostockaz #telefon #animasiya #azərbaycan
1
19
🏛 Xızıda yerləşən qədim Şeyx Heydər türbəsi 📜 Şeyx Heydər Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin atasıdır. ⚔️ O, 1488-ci ildə Şirvanşahlarla baş verən döyüşdə həlak olub və indiki Xızı rayonu ərazisində dəfn edildiyi bildirilir. 📍 Tarixi iddialardan birinə görə, Şeyx Heydərin məzarı Xızı rayonunun Tıxlı kəndi yaxınlığında yerləşir və bu ərazidəki türbənin ona məxsus olduğu ehtimal edilir. 🪨 Türbənin qalıqları kənddən 3–4 kilometr şimal-şərqdə yerləşir. 🕰 Yeni aşkar edilən abidənin yalnız kiçik bir hissəsi təbii təsirlər nəticəsində dövrümüzə qədər gəlib çatıb. 🔎 Lakin türbənin məhz Şeyx Heydərə aid olması hələlik tarixi iddia və ehtimal olaraq qalır. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AFAC958… #şeyxheydər #photostockaz #xızı #səfəvilər #azərbaycan
1
59