Şamaxıda iki yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının və Şamaxı rayonunun Göylər kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimlərində iştirak edib, müəssisələrdə yaradılan şəraitlə tanış olublar.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #UşaqBağçası #Məktəbəqədər
“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Ətraflı: tinyurl.com/e2thar72
#NazirlərKabineti #ElmVəTəhsilNazirliyi #EduGovAz #Qərar
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 21–22 oktyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib.
Nazir müavini sammit çərçivəsində “Keyfiyyətli və ömürboyu öyrənmənin təməli kimi erkən təhsilə investisiya” və “Süni intellektə hazırlıqdan məsuliyyətli tətbiqə” mövzularına həsr olunmuş sessiyalarda məruzə ilə çıxış edərək müvafiq mövzular üzrə panel müzakirələrinə qoşulub.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev iştirak edib.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (BANM) I və II kursda təhsil alan SABAH tələbələri ilə görüş keçirilib.
Görüş zamanı SABAH proqramının yaradılma məqsədləri, ali təhsildə keyfiyyətin artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və istedadlı gənclərin inkişafı istiqamətində görülən işlər müzakirə olunub.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #BANM #SABAH
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.
Forumda elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.
Nazir müavini çıxışında ailənin cəmiyyətin və dövlətin təməli olduğunu vurğulayaraq onun uşaqların tərbiyəsində, milli-mənəvi dəyərlərin formalaşmasında və sosial sabitliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #Forum
Oktyabrın 20-də Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk “Məzun günü” keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
“SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.
Açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, layihə SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilib.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #PTDA #PeşəTəhsili
🇦🇿 Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!
#ElmVəTəhsilNazirliyi #18oktyabr #MüstəqilliyinBərpasıGünü
Zəfər tariximiz - Füzuli Şəhəri Günü! 🇦🇿
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #QarabağAzərbaycandır #BöyükQayıdış
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib.
Forumda universitetlərarası əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub.
Tədbirdə universitetlərarası əməkdaşlığın genişləndirilməsini, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan 60-a yaxın anlaşma memorandumu imzalanıb.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EATDA #Forum #BöyükQayıdış
Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetini (BDU) ziyarət edib, burada təhsil alan tələbələrlə görüşüb.
Elm və təhsil naziri Emin Əmrullayev görüşdə iştirak edib.
#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
"2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncam imzalanıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.
Ətraflı: president.az/az/articles/vie…
#PrezidentAz #ElmvəTəhsilNazirliyi #EduGovAz #Sərəncam
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, Dövlət Proqramları və ikili diplom proqramlarının rolu, həmçinin birgə layihələrin dəstəklənməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Ətraflı: edu.gov.az/az/news-and-updat…
#ElmVəTəhsilNazirliyi #EduGovAz
Oktyabrın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Ömer Faruk Yelkenci ilə görüşüb.
Görüş çərçivəsində Türkiyə Respublikası ilə təhsil sahəsində hazırda həyata keçirilən, eləcə də gələcək mümkün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Oktyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yəhyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizin bu il Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv olmasından sonra Elm və Təhsil Nazirliyi ilə təşkilat arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, təhsildə rəqəmsal transformasiya, innovasiya və startap ekosisteminin inkişafı sahələrində, eləcə də SABAH.city ilə birgə mümkün ortaq təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
“Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər’in” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Ətraflı: nk.gov.az/az/senedler/qerarl…
Elm və təhsil naziri Emin Əmrullayev Somali Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidow ilə görüşüb.
Görüş çərçivəsində Somali Federativ Respublikası ilə elm və təhsil sahəsində həyata keçirilən əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə müzakirələr aparılıb.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 22 oktyabr tarixində Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
✅ Qəbulda Qəbələ və Oğuz sakinləri iştirak edə bilərlər.
Adı çəkilən rayonların sakinləri 16 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu





















































